Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb 

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb 

KRİMİNAL

47

27.11.2026, 11:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmə, külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi və saxlanılması faktlarına görə iki nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərin Azərbaycan-Gürcüstan dövlət sərhədindəki “Qırmızı körpü” sərhəd sahəsinin “Vaxtanqisi” bölməsindən qanunsuz keçdikləri müəyyən edilib.

Onlardan birinin üzərində aparılan axtarış zamanı plastik paketdə olan “tebain” adlı narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməllərinə görə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.