9,55 % çoxdur - Pensiya və sosial yardımla bağlı AÇIQLAMA
27 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
49
27.11.2026, 10:07
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
10:20 / 27 Noyabr 2026
1
10:10 / 27 Noyabr 2026
31
10:03 / 27 Noyabr 2026
220
09:59 / 27 Noyabr 2026
88
09:55 / 27 Noyabr 2026
83
09:39 / 27 Noyabr 2026
306
09:35 / 27 Noyabr 2026
101
09:34 / 27 Noyabr 2026
96
09:24 / 27 Noyabr 2026
79
09:16 / 27 Noyabr 2026
242
09:13 / 27 Noyabr 2026
145
08:54 / 27 Noyabr 2026
121
00:18 / 27 Noyabr 2026
198
00:08 / 27 Noyabr 2026
211
23:54 / 26 Noyabr 2026
242
23:36 / 26 Noyabr 2026
216
23:22 / 26 Noyabr 2026
231
23:12 / 26 Noyabr 2026
369
23:02 / 26 Noyabr 2026
223
22:52 / 26 Noyabr 2026
217
22:51 / 26 Noyabr 2026
232
22:44 / 26 Noyabr 2026
381
22:42 / 26 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.