Qaynar xətt:

(+99450) 247 90 86

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? 

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? 

CƏMİYYƏT

38

27.11.2026, 10:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bəs axtarışda olan şəxsi bilərəkdən gizlədən şəxsi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.

Həmin maddənin 307.1. bəndinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin 307.2. bəndinə görə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, 307.3. bəndində isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

Oxu.az