Qaynar xətt:

(+99450) 247 90 86

Aparıcının evində gizlənən şəxslə bağlı ŞOK DETAL

Aparıcının evində gizlənən şəxslə bağlı ŞOK DETAL

KRİMİNAL

99

27.11.2026, 09:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, dünən tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.

DİN-in Mətbuat xidməti aparıcının iddialarına aydınlıq gətirib. Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.