Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Azərbaycanda dəhşətli hadisə: 5 nəfər öldü,yaralılar var

CƏMİYYƏT

2237

09.07.2021, 09:19

Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
FHN-dən Oxu24.com-a daxil olan məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər". Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.