Başı betona dəyibmiş - Polkovnikin ölümünün DETALLARI
14 Oktyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
518
25.11.2022, 12:06
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir.
Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
08:12 / 15 Oktyabr 2026
450
02:14 / 15 Oktyabr 2026
511
00:15 / 15 Oktyabr 2026
272
00:04 / 15 Oktyabr 2026
121
23:55 / 14 Oktyabr 2026
157
23:52 / 14 Oktyabr 2026
118
23:52 / 14 Oktyabr 2026
119
23:44 / 14 Oktyabr 2026
212
23:39 / 14 Oktyabr 2026
157
23:36 / 14 Oktyabr 2026
140
23:28 / 14 Oktyabr 2026
190
23:24 / 14 Oktyabr 2026
144
23:20 / 14 Oktyabr 2026
444
22:57 / 14 Oktyabr 2026
143
22:50 / 14 Oktyabr 2026
82
22:42 / 14 Oktyabr 2026
147
22:34 / 14 Oktyabr 2026
102
22:31 / 14 Oktyabr 2026
1992
22:28 / 14 Oktyabr 2026
103
22:25 / 14 Oktyabr 2026
189
22:18 / 14 Oktyabr 2026
170
22:13 / 14 Oktyabr 2026
111
22:00 / 14 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.