Süni intellektlə bağlı ŞOK XƏBƏRDARLIQ
04 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
302
14.10.2026, 23:52
ABŞ Prezidenti Donald Tramp Alyaskada mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı və tədarükünü nəzərdə tutan “Alaska LNG” layihəsinin həyata keçirilməsinə başlanıldığını elan edib.
Oxu24.com xəbər verir ki, o, bunu ştat tarixində ən böyük enerji infrastrukturu layihəsi adlandırıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
ABŞ prezidentinin sözlərinə görə, Cənubi Koreya ABŞ administrasiyası ilə əldə olunan ticarət və investisiya razılaşması çərçivəsində layihəyə 50 milyard dollar sərmayə yatıracaq.
Tramp həmçinin bildirib ki, Tayvan qarşıdakı 20 il ərzində Alyaskadan 70–80 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz almağı öhdəsinə götürüb.
“Bu, qarşıdakı 20 il ərzində boru kəməri ilə nəql olunacaq qazın həcminin 30 faizinə bərabərdir. Bu, tarixdə zəmanətli satınalma üzrə ən böyük razılaşmadır”, – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Tayvan layihənin kapitalına 4,4 milyard dollar da yatırmağa razılaşıb.
Tramp bütün zəruri icazə və razılaşdırmaların əldə edildiyini, layihənin icrasına hazır olduğunu bildirib.
ABŞ prezidenti əlavə edib ki, bu layihənin reallaşdırılması onun Ağ Evdə olması sayəsində mümkünləşib.Globalinfo.az
21:13 / 04 Noyabr 2026
1
21:04 / 04 Noyabr 2026
30
21:03 / 04 Noyabr 2026
36
21:00 / 04 Noyabr 2026
46
20:58 / 04 Noyabr 2026
39
20:51 / 04 Noyabr 2026
44
20:47 / 04 Noyabr 2026
56
20:44 / 04 Noyabr 2026
94
20:41 / 04 Noyabr 2026
64
20:33 / 04 Noyabr 2026
191
20:28 / 04 Noyabr 2026
113
20:26 / 04 Noyabr 2026
103
20:21 / 04 Noyabr 2026
70
20:13 / 04 Noyabr 2026
81
20:08 / 04 Noyabr 2026
167
19:57 / 04 Noyabr 2026
114
19:55 / 04 Noyabr 2026
104
19:55 / 04 Noyabr 2026
168
19:25 / 04 Noyabr 2026
98
19:18 / 04 Noyabr 2026
5049
19:17 / 04 Noyabr 2026
78
19:00 / 04 Noyabr 2026
93
18:41 / 04 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.