"Fənərbaxça"da istefa OLUB?
03 Noyabr 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
300
14.10.2026, 22:13
İranın “Traktor” futbol klubunun adı ilə fəaliyyət göstərən “TRACTOR F.C.” sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib.
Oxu24.com xəbər verir ki, paylaşımda Türkiyədə bəzi dairələrin Azərbaycandakı məktəb geyimi qaydalarına etiraz etməsi ilə İranda türklərin dil hüquqları məsələsinə münasibəti müqayisə olunub.
“Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər?
İranda 40 milyona yaxın türk yaşayır. Lakin 100 ildən artıqdır ki, məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və digər obyektlərə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir. Hətta prezidentin öz dilində danışmasına belə çətinliklə icazə verilir”, – deyə paylaşımda iddia olunub.
Səhifə müəllifləri Türkiyədə Azərbaycanın məktəblərində baş örtüyü ilə bağlı müzakirələrə qoşulanlara müraciət edərək onların İrandakı türklərin problemlərinə eyni həssaslıqla yanaşmadıqlarını bildiriblər.
“Azərbaycan bir neçə həftədir baş örtüyü qadağasına görə öz qardaşlarınızın düşməninə çevrilib. Amma 100 ildir İranda yaşayan müsəlman türklərə qarşı aparılan assimilyasiya siyasətinə səsinizi çıxarmırsınız.
Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, insanlıqdan danışırsınızsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?” – paylaşımda vurğulanıb.modem.az
Beləliklə, “TRACTOR F.C.” səhifəsinin paylaşımında Türkiyədə Azərbaycanın məktəb geyimi qaydalarına yönələn tənqidlər fonunda İranda türklərin ana dilində təhsil hüququna münasibətdə ikili standartların olduğu iddia edilib.
Qeyd edək ki, İranda tədrisin əsas dili fars dilidir. Ölkə Konstitusiyasının 15-ci maddəsi regional dillərin mediada istifadəsinə və həmin dillərin ədəbiyyatının məktəblərdə öyrədilməsinə icazə versə də, ana dilində ümumi təhsil imkanlarının məhdudluğu uzun illərdir müzakirə mövzusudur.
12:37 / 04 Noyabr 2026
6
12:35 / 04 Noyabr 2026
19
12:29 / 04 Noyabr 2026
57
12:27 / 04 Noyabr 2026
45
12:23 / 04 Noyabr 2026
37
12:19 / 04 Noyabr 2026
38
12:10 / 04 Noyabr 2026
185
12:00 / 04 Noyabr 2026
64
11:52 / 04 Noyabr 2026
317
11:48 / 04 Noyabr 2026
115
11:39 / 04 Noyabr 2026
89
11:32 / 04 Noyabr 2026
88
11:25 / 04 Noyabr 2026
84
11:18 / 04 Noyabr 2026
384
11:14 / 04 Noyabr 2026
260
11:10 / 04 Noyabr 2026
75
11:06 / 04 Noyabr 2026
76
11:05 / 04 Noyabr 2026
71
11:03 / 04 Noyabr 2026
80
11:02 / 04 Noyabr 2026
102
10:50 / 04 Noyabr 2026
81
10:46 / 04 Noyabr 2026
964
10:39 / 04 Noyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.