Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
14 Oktyabr 2026, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
117
14.10.2026, 18:38
İşə başlama saatı əmək məhsuldarlığına və işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Erkən saatlarda işə başlamaq hər zaman daha səmərəli işləmək demək deyil. Yuxu çatışmazlığı, yorğunluq və yolda sərf olunan vaxt həm işçilərin fəaliyyətinə, həm də ümumi iqtisadi səmərəliliyə təsir edə bilər.
Oxu24.com xəbər verir ki, hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova "Bakupost"a bildirib ki, işçinin daha erkən işə başlaması avtomatik olaraq onun daha məhsuldar olması demək deyil. Diqqət çatışmazlığı və zehni yorğunluq məhsuldarlığı azaldan əsas amillərdəndir. Nəticədə işçi eyni vaxt ərzində daha az keyfiyyətli iş görə bilər.
İqtisadçının sözlərinə görə, işçilərin eyni vaxtda yola çıxması pik saatlarda tıxacları da gücləndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2022-ci il hesabatında da çevik iş qrafikinin məşğulluğa müsbət təsir göstərə biləcəyi vurğulanır.
Vüsalə Əhmədova qeyd edib ki, çevik iş qrafiki işçinin müəyyən edilmiş iş saatı normasını qorumaqla işə başlama və bitirmə vaxtını seçməsinə imkan verən modeldir. Bu, iş saatlarının azaldılması demək deyil. Məqsəd işin nəticəsini qorumaqla iş vaxtını və ya iş yerini daha səmərəli təşkil etməkdir.
İqtisadçı çevik iş rejiminin bir neçə formasının olduğunu bildirib. Bunlara "flextime" - işə başlama və bitirmə saatını müəyyən həddə qədər işçinin seçməsi, hibrid iş modeli - həftənin müəyyən günlərində ofisdə, digər günlərində evdən işləmək, məsafədən iş və sıxılmış iş həftəsi daxildir. Bu modellərdə həftəlik iş saatı dəyişməyə bilər, lakin işin təşkili fərqli formada qurulur.
Onun sözlərinə görə, bu modelləri bütün sahələrdə eyni dərəcədə tətbiq etmək mümkün deyil. İnformasiya texnologiyaları, bank və maliyyə, sığorta, marketinq və reklam, media, hüquq və konsaltinq, mühasibatlıq, onlayn təhsil və təlim kimi sahələr çevik iş rejimi üçün daha əlverişlidir. İstehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, səhiyyənin bir çox sahələri, polis, hərbi və fövqəladə xidmətlərdə isə bu rejimin tətbiqi daha çətin ola bilər. Çünki həmin sahələrdə onsuz da növbəli iş rejimindən istifadə edilir.
Vüsalə Əhmədova əlavə edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-90-cı maddələrinə əsasən, normal iş vaxtı, ümumi qayda olaraq, gündə 8 saatdan, həftədə isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 95-ci maddəsinə görə, iş vaxtının başlanması və başa çatması, fasilələr və iş rejiminin digər elementləri daxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Bu müddəalar çərçivəsində işəgötürənlər müvafiq hüquqi tələblərə əməl etməklə iş saatlarını uyğunlaşdıra bilərlər.
19:31 / 14 Oktyabr 2026
10
19:27 / 14 Oktyabr 2026
48
19:25 / 14 Oktyabr 2026
24
19:23 / 14 Oktyabr 2026
28
19:13 / 14 Oktyabr 2026
35
19:09 / 14 Oktyabr 2026
38
19:06 / 14 Oktyabr 2026
51
18:55 / 14 Oktyabr 2026
52
18:44 / 14 Oktyabr 2026
62
18:36 / 14 Oktyabr 2026
53
18:29 / 14 Oktyabr 2026
61
18:25 / 14 Oktyabr 2026
80
18:24 / 14 Oktyabr 2026
748
18:10 / 14 Oktyabr 2026
88
17:54 / 14 Oktyabr 2026
64
17:50 / 14 Oktyabr 2026
81
17:46 / 14 Oktyabr 2026
69
17:45 / 14 Oktyabr 2026
179
17:01 / 14 Oktyabr 2026
262
16:59 / 14 Oktyabr 2026
67
16:50 / 14 Oktyabr 2026
208
16:45 / 14 Oktyabr 2026
120
16:38 / 14 Oktyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.