“BYD” yeni iddialı model satışa çıxardı - FOTOLAR
14 Oktyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
123
14.10.2026, 21:38
Təhsil müəssisələrində sağlam mühitin yaradılması və sosial bərabərliyin qorunması üçün vahid geyim qaydalarının tətbiqi zəruri hesab olunur. Nazirlər Kabinetinin müvafiq qərarları əsasında təhsilalanlar və təhsilverənlər üçün vahid məktəb formalarından istifadə qaydaları tənzimlənir. Lakin bəzi hallarda qaydalara əməl olunmaması ilə bağlı xoşagəlməz hallar müşahidə edilir ki, bu da tədris prosesinə öz mənfi təsirini göstərir. Məhz bu səbəbdən məktəbli formasının əhəmiyyəti, nizam-intizamın qorunması və milli-mənəvi dəyərlərin formalaşmasındakı rolu daim diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən tanınmış təhsil eksperti Elçin Əfəndi vacib məqamlara toxunub.
Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həm 20 sentyabr, həm də 6 oktyabr tarixində həm təhsilalanların, həm də təhsilverənlərin vahid məktəbli formalarından istifadəsi ilə bağlı qaydalar müəyyənləşdirilib və qərar verilib.
Əsas məsələlər birinci növbədə sosial bərabərliyin təmin olunması, ikinci növbədə sağlam təhsil mühitinin formalaşması və üçüncü növbədə məktəblilərlə müəllimlər arasında müvafiq olaraq geyim formalarına riayət edilməklə cəmiyyət tərəfindən onların təhsil prosesinin iştirakçıları olduğu anlayışının formalaşmasıdır.
Elçin Əfəndi bildirib ki, dünyəvi təhsil prosesin dindən, dildən asılı olmayaraq idarə olunmasını nəzərdə tutur:
"Dünyəvi o deməkdir ki, bütün proses dinindən asılı olmayaraq, dilindən asılı olmayaraq asılı olmadan idarə olunmalıdır – istər hüquqi, istər iqtisadi, istər təhsil, istərsə də digərləri. Bizdə də burada təkcə din tərəfi deyil, dinlər tərəfi deyil, dillər tərəfi deyil, daha doğrusu, istər xristian olsun, istər yəhudi olsun, buddizm olsun, nə bilim hinduizmin dininə sitayiş eləyən olsun və sair və ilaxır, hər bir şəxsin bərabər vahid geyim formasından istifadəsi vacibdir və zəruridir”.
Ekspert əlavə edib ki, bəzi hallarda məktəblilərin müvafiq film təsirində saçlarını qırmızı, yaşıl, göy rənglərə boyaması, bədən üzvlərinə döymələr və ya muncuqlar vurması, qısa ətəklər və ya daha dar şalvarlar geyinməsi hallarına rast gəlinir. Eyni zamanda, bəzi şəxslər zinət əşyalarını, qırğaları, sırğaları nümayiş etdirmək üçün bu formaları pozmağa çalışırlar ki, bu da təhsil mühitinin sağlam olması anlamını daşımır.
Sonda ekspert vurğulayıb ki, şagirdlərin davranışı, müəllimin və şagirdin geyimi vacib şərtdir:
”Ümumi təhsil prosesi təşkil edilərkən nizam-intizam məsələsinə mütləq diqqət çəkilməlidir, çünki nizam-intizamın olmadığı yerdə xaos olur və əsas məqsədlər zərər görür. Vahid məktəbli geyim forması həm qaydaların qorunması, həm milli-mənəvi dəyərlər, həm də ümumiyyətlə məktəb mədəniyyətinin formalaşmasında müsbət rol oynayır və müstəsna əhəmiyyət daşıyır.
Hamı sosial olaraq bərabərdir, hamı eyni geyimdən istifadə edir, kimin varlı, kimin kasıb olduğu bilinmir və hər kəs dövlətin bu qərarına hörmətlə yanaşmalıdır”.
Çimnaz Telmanqızı
22:18 / 14 Oktyabr 2026
1
22:13 / 14 Oktyabr 2026
23
22:00 / 14 Oktyabr 2026
38
21:46 / 14 Oktyabr 2026
60
21:38 / 14 Oktyabr 2026
71
21:34 / 14 Oktyabr 2026
69
21:28 / 14 Oktyabr 2026
68
21:25 / 14 Oktyabr 2026
58
21:19 / 14 Oktyabr 2026
64
21:13 / 14 Oktyabr 2026
67
20:56 / 14 Oktyabr 2026
66
20:55 / 14 Oktyabr 2026
84
20:50 / 14 Oktyabr 2026
284
20:47 / 14 Oktyabr 2026
83
20:44 / 14 Oktyabr 2026
63
20:33 / 14 Oktyabr 2026
110
20:23 / 14 Oktyabr 2026
67
20:15 / 14 Oktyabr 2026
873
19:57 / 14 Oktyabr 2026
87
19:56 / 14 Oktyabr 2026
80
19:53 / 14 Oktyabr 2026
357
19:47 / 14 Oktyabr 2026
132
19:44 / 14 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.