"Məşğulluq"dan verilən mal-qara satıla BİLƏRMİ? -AÇIQLAMA
04 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
14.10.2026, 20:55
Gecələr, xüsusilə pis işıqlandırılmış və ya tam qaranlıq ərazilərdə avtomobilin orijinal faraları bəzən kifayət etmir. Ətrafımızdan parlaq ağ işıq saçan faralarla avtomobil keçəndə eynisini öz avtomobilimiz üçün də istəyə bilərik. Amma tələsməyək, çünki qanunla qadağandır.
Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, LED lampalar deyilən bu işıqlandırma öz yolunu işıqlandırsa da, yolun ümumi görünüşü əslində pisləşdirir və qarşıdan gələn sürücüyə də çətinlik yaradır.
Bunun səbəbi ondadır ki, halogen fənərin reflektoru məhz standart lampa üçün nəzərdə tutulub və işığı yolun lazımi hissəsinə yönəldir. LED-lər işığı fərqli şəkildə yayır, buna görə də mövcud optik sistem işıq selini düzgün paylamaya bilər. İşığın bir hissəsi yola düşmür və ya qarşıdan gələn sürücülərin gözünü qamaşdırır.
Zavod istehsalı olan LED işıqlandırma sistemləri bu xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır; bütün fənər bloku məhz LED-lər üçün yaradılır və bütün komponentlər bir-biri ilə uyğunlaşdırılır. Lakin sonradan dəyişdirilmə eyni nəticəni təmin etmir.
LED işıqlı maşınlar tez-tez yol polisi əməkdaşlarının diqqətini cəlb edir; digər yol istifadəçilərinə bu cür maneə yaratmaq avtomobilin istismarının qadağan edilməsi üçün əsas verir.
Qanuna görə, avtomobil üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyil.
İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutur.
14:20 / 04 Noyabr 2026
1
14:15 / 04 Noyabr 2026
33
14:07 / 04 Noyabr 2026
48
14:00 / 04 Noyabr 2026
58
13:45 / 04 Noyabr 2026
67
13:35 / 04 Noyabr 2026
1127
13:24 / 04 Noyabr 2026
168
13:22 / 04 Noyabr 2026
75
13:05 / 04 Noyabr 2026
849
13:05 / 04 Noyabr 2026
82
12:52 / 04 Noyabr 2026
216
12:49 / 04 Noyabr 2026
272
12:44 / 04 Noyabr 2026
285
12:37 / 04 Noyabr 2026
95
12:35 / 04 Noyabr 2026
103
12:29 / 04 Noyabr 2026
254
12:27 / 04 Noyabr 2026
142
12:23 / 04 Noyabr 2026
82
12:19 / 04 Noyabr 2026
92
12:10 / 04 Noyabr 2026
432
12:00 / 04 Noyabr 2026
124
11:52 / 04 Noyabr 2026
637
11:48 / 04 Noyabr 2026
244
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.