TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarla bağlı RƏSMİ AÇIQLAMA
04 Noyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
224
14.10.2026, 22:00
Bəzi hallarda vətəndaşın vəfat etməsindən sonra bank qarşısında qalan kredit borcunun kim tərəfindən ödənilməli olduğu məlum olmur. Xüsusilə, mərhumun ailə üzvlərinin kreditə zamin olmadığı və borcu ödəməyə maddi imkanlarının çatmadığı vəziyyətlərdə məsuliyyət məsələsi ön plana çıxır.
Belə hallarda bank borcu kimdən tələb edə bilər?
Oxu24.com xəbər verir ki vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bankdan kredit götürmüş şəxs öhdəliyini yerinə yetirmədən dünyasını dəyişərsə, bu halda həmin kredit müqaviləsi üzrə qüvvədə olan zaminlik müqaviləsinin olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.
Vəfat edən şəxsin bank borcu kimə qalır?
Onun sözlərinə görə, əgər bank krediti verərkən başqa bir şəxs zamin kimi çıxış edibsə və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada zaminlik müqaviləsi imzalanıbsa, bank borcun tutulmasını zaminə yönəldə bilər:
"Yəni zaminlik müqaviləsi ondan ibarətdir ki, şəxs hər hansı səbəbdən öhdəliyini yerinə yetirə bilmədikdə, zamin həmin öhdəliyi yerinə yetirməyi öz üzərinə götürür. Əgər kredit müqaviləsi üzrə zamin yoxdursa, yəni belə bir hal müəyyən edilməyibsə, bank borcun tutulmasını vəfat etmiş şəxsin vərəsələrinə yönəldə bilər. Bu halda mirası qəbul etmiş vərəsələr həmin şəxsin borclarını qəbul etdikləri mirasın həcmi həddində ödəməyə borcludurlar. Məsələn, şəxsin banka 10 000 manat borcu varsa, lakin ondan vərəsələrinə 5 000 manatlıq miras qalıbsa, vərəsələr yalnız həmin məbləğ həddində borcu ödəməyə borcludurlar. Yəni borcun məbləği mirasın dəyərindən çox olduqda, vərəsələr mirasın dəyərini aşan hissəni ödəməyə borclu deyillər. Əgər zamindən tutulma baş verərsə, zamin həmin məbləği ödədikdən sonra vəfat etmiş şəxsin vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra və ödədiyi məbləği reqres qaydasında onlardan tələb edə bilər".
00:38 / 04 Noyabr 2026
50
00:30 / 04 Noyabr 2026
48
00:29 / 04 Noyabr 2026
89
00:18 / 04 Noyabr 2026
102
00:11 / 04 Noyabr 2026
65
00:10 / 04 Noyabr 2026
122
23:58 / 03 Noyabr 2026
107
23:58 / 03 Noyabr 2026
3388
23:50 / 03 Noyabr 2026
114
23:40 / 03 Noyabr 2026
119
23:34 / 03 Noyabr 2026
112
23:04 / 03 Noyabr 2026
261
22:59 / 03 Noyabr 2026
74
22:52 / 03 Noyabr 2026
108
22:48 / 03 Noyabr 2026
89
22:45 / 03 Noyabr 2026
104
22:33 / 03 Noyabr 2026
123
22:30 / 03 Noyabr 2026
141
22:29 / 03 Noyabr 2026
201
22:25 / 03 Noyabr 2026
88
22:21 / 03 Noyabr 2026
120
22:20 / 03 Noyabr 2026
271
22:18 / 03 Noyabr 2026
813
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.