Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professor — Qulu Məhərrəmlinin 72 İLLİYİ
04 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
14.10.2026, 23:39
Məktəblərdə vahid məktəbli formasının tətbiqi və geyimlə bağlı müəyyən edilmiş ümumi tələblər şagirdlərin tərbiyəsinə, dərsə davamiyyətinə və məktəb mühitində sağlam münasibətlərin qurulmasına müsbət təsir göstərir. Vahid geyim qaydaları uşaqların diqqətini zahiri fərqlərə və zinət əşyalarına deyil, birbaşa təhsilə və bilik əldə etməyə yönəltmək üçün mühüm vasitədir.
Bu yanaşma müxtəlif sosial imkanlara malik ailələrdən olan uşaqlar arasında bərabərlik hissini gücləndirir və psixoloji fərqlilikləri minimuma endirir. Eyni zamanda, məktəb tədbirlərində milli geyim elementlərindən və kəlağayıdan istifadə imkanının yaradılması gənc nəslin öz köklərinə və mədəni irsimizə bağlılığını artırır. Məktəb mühitində həm ümumi intizam qaydalarına, həm də milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması komplekt şəxsiyyət formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin bu qərarı cəmiyyətdə bərabər təhsil mühitinin qorunması və məktəb etikasına riayət olunması istiqamətində ardıcıl və təqdirəlayiq bir addımdır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova cavablandırıb.
Əminə Məlikova məktəblərdə vahid formanın tətbiq olunmasını dəstəklədiyini, Nazirlər Kabinetinin bu addımını yüksək qiymətləndirdiyini bildirib:
“Qənaətimcə, geyimlə bağlı vahid standartların müəyyənləşdirilməsi uşaqların diqqətini bilvasitə tədrisə cəlb etməyə, daxili nizam-intizama alışmağa və ailələrin maddi durumundakı fərqliliklərin ön plana çıxmasının qarşısını almağa xidmət edir. Şübhəsiz ki, məktəb hər bir şagirdin özünü vahid kollektivin bərabərhüquqlu üzvü kimi dərk etməli olduğu ortaq təhsil məkanıdır”.
Onun sözlərinə görə, bu cür qaydalar təbiq olunarkən valideynlərin və şagirdlərin hissləri nəzərə alınmalı, onlara hər şey təmkinlə, hörmət çərçivəsində izah edilməlidir. Ailələr və pedaqoqlar bu tələblərin mahiyyətini uşaqlara düzgün çatdırmalı, müəllim heyəti isə nümayiş etdirdiyi davranışı ilə müəyyən olunmuş etik standartlara riayət olunmasında nümunəyə çevrilməlidir.
Əminə Məlikova qeyd edib ki, illər boyu milli mədəniyyətimizin təbliği ilə ardıcıl məşğul olan və kəlağayının qadınlarımızın gündəlik həyatında təkrar yer almasına öz töhfəsini verən bir ziyalı kimi, köklərimizə və adət-ənənələrimizə xüsusi həssaslıqla yanaşıram:
“Son dövrlər gənclərin öz tarixi irsinə maraq göstərməsi, milli geyim elementlərinə üstünlük verməsi olduqca qürurvericidir. Bu bir həqiqətdir ki, mədəni dəyərlərimiz yaşandıqca və gündəlik həyatımıza daxil olduqca gələcək nəsillərə ötürülür”.
Direktor hesab edir ki, burada əsas vəzifə qərarın fəlsəfəsini öncə özümüzün düzgün mənimsəməyimiz, ardınca isə bunu hər bir məktəbliyə onun yaşına uyğun, anlaqlı və savadlı şəkildə izah edə bilməyimizdir:
“Məktəbin özünəməxsus etikası, daxili nizamnaməsi və hər kəs üçün keçərli olan ümumi tələbləri var. Məktəbin əsas məqsədi uşağa bilik vermək, onu tərbiyə etmək və qarşılıqlı ehtiram ruhunda böyütməkdir”.
Çimnaz Telmanqızı
21:04 / 04 Noyabr 2026
1
21:03 / 04 Noyabr 2026
22
21:00 / 04 Noyabr 2026
37
20:58 / 04 Noyabr 2026
28
20:51 / 04 Noyabr 2026
41
20:47 / 04 Noyabr 2026
52
20:44 / 04 Noyabr 2026
91
20:41 / 04 Noyabr 2026
61
20:33 / 04 Noyabr 2026
182
20:28 / 04 Noyabr 2026
105
20:26 / 04 Noyabr 2026
99
20:21 / 04 Noyabr 2026
68
20:13 / 04 Noyabr 2026
80
20:08 / 04 Noyabr 2026
164
19:57 / 04 Noyabr 2026
112
19:55 / 04 Noyabr 2026
102
19:55 / 04 Noyabr 2026
167
19:25 / 04 Noyabr 2026
96
19:18 / 04 Noyabr 2026
4853
19:17 / 04 Noyabr 2026
76
19:00 / 04 Noyabr 2026
91
18:41 / 04 Noyabr 2026
1473
18:41 / 04 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.