Müavinət ödənişləri ilə bağlı RƏSMİ AÇIQLAMA
04 Noyabr 2026, 10:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1264
14.10.2026, 19:53
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra daha yüksək gəlir əldə etmək üçün özəl pensiya kapitalı sisteminin tətbiqi müzakirə olunan məsələlərdəndir. Belə bir mexanizm vətəndaşlara əmək fəaliyyəti dövründə əlavə vəsait toplamaq, gələcəkdə isə həmin yığımlar hesabına pensiya gəlirlərini artırmaq imkanı verə bilər.
Bəs özəl pensiya fondlarının yaradılması dövlətin pensiya xərclərinin azalmasına da təsir göstərəcəkmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, özəl pensiya kapitalı dövlətin pensiya xərclərinin azalmasına birbaşa təsir göstərməyəcək.
“Bu sistemin əsas məqsədi vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq və onlara əlavə gəlir mənbəyi yaratmaqdır.
Özəl pensiya fondları dövlətin mövcud icbari pensiya sistemindən ayrı fəaliyyət göstərən mexanizm kimi nəzərdə tutulur. Bu modeldə vətəndaşlar əməkhaqlarının müəyyən hissəsini könüllü şəkildə özəl pensiya fondlarına yönəldir, toplanan vəsait isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada gələcəkdə onlara geri ödənilir”.
Xalid Kərimlinin sözlərinə görə, özəl pensiya kapitalı vətəndaşın öz yığımları hesabına formalaşır və bu, ödənişsiz mexanizm deyil. Başqa sözlə, şəxs gələcəkdə əlavə pensiya gəliri əldə etmək üçün əmək fəaliyyəti dövründə öz vəsaitindən istifadə etməlidir.
İqtisadçı bu sistemi həyat sığortası mexanizminə bənzədərək bildirib ki, vətəndaş əməkhaqqının müəyyən hissəsini uzun müddət ərzində müvafiq fonda köçürə, pensiya yaşına çatdıqda isə həmin vəsaiti geri ala bilər. Ödənişlərin həyata keçirilmə qaydası və digər şərtlər isə müvafiq qanunvericiliklə tənzimlənməlidir.
Beləliklə, özəl pensiya kapitalının tətbiqi dövlətin pensiya öhdəliklərini avtomatik olaraq azaltmaqdan daha çox, vətəndaşların gələcək maliyyə təminatını gücləndirməyə xidmət edə bilər. Bununla belə, sistemin effektivliyi fondların fəaliyyət qaydalarından, vətəndaşların yığım imkanlarından və vəsaitlərin idarə olunma mexanizmindən asılı olacaq.
10:24 / 04 Noyabr 2026
1
10:16 / 04 Noyabr 2026
25
10:10 / 04 Noyabr 2026
51
10:03 / 04 Noyabr 2026
72
10:00 / 04 Noyabr 2026
47
09:54 / 04 Noyabr 2026
68
09:52 / 04 Noyabr 2026
48
09:43 / 04 Noyabr 2026
53
09:31 / 04 Noyabr 2026
65
09:30 / 04 Noyabr 2026
60
09:25 / 04 Noyabr 2026
57
09:22 / 04 Noyabr 2026
97
09:12 / 04 Noyabr 2026
81
09:05 / 04 Noyabr 2026
429
09:00 / 04 Noyabr 2026
109
08:58 / 04 Noyabr 2026
102
08:58 / 04 Noyabr 2026
868
08:47 / 04 Noyabr 2026
106
05:10 / 04 Noyabr 2026
203
01:45 / 04 Noyabr 2026
2083
01:07 / 04 Noyabr 2026
347
00:56 / 04 Noyabr 2026
502
00:38 / 04 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.