Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyə sərhədlərində qanlı toqquşma: Ölənlər var

SON DƏQİQƏ! Türkiyə sərhədlərində qanlı toqquşma: Ölənlər var

REDAKTORUN SEÇİMİ

690

19.11.2021, 23:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Terrorçu PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə raket zərbələri endirib.

Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.

İlkin məlumata görə, zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.

Qeyd edilir ki, Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib. Müəyyən edilmiş terrorçu hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” antiterror əməliyyatı keçirir.