Qaynar xətt:

(+99450) 247 90 86

Körpüdən asılı qalan maşındakı sürücü belə xilas edildi - ANBAAN VİDEO

Körpüdən asılı qalan maşındakı sürücü belə xilas edildi - ANBAAN VİDEO

REDAKTORUN SEÇİMİ

417

18.11.2021, 13:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18 noyabr 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Oxu24.com  FHN-in saytına istinadən xəbər verir ki, məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.