Qaynar xətt:

(+99450) 247 90 86

Ordu polkovniki HƏBS EDİLDİ: Sirri  RUSİYAYA SATIRDI - FOTO/VİDEO

Ordu polkovniki HƏBS EDİLDİ: Sirri  RUSİYAYA SATIRDI - FOTO/VİDEO

REDAKTORUN SEÇİMİ

903

12.11.2021, 19:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub.

Oxu24.com  xəbər verir ki, PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb.

Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.(“Qafqazinfo”)