Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
710
12.11.2021, 19:05
Ermənilərin alternativ yolu başlarına bəla olub.
Oxu24.com KAİM.az-a isitnadən xəbər verir ki, Azərbaycan tərəfi dünəndən etibarən Qafan-Gorus yolunun 21 km-lik hissəsində gömrük-keçid məntəqələri qurub.
Yeni qaydalara əsasən yoldan keçən təkcə, yük maşınları deyil, həmçinin ərazidə yaşayan ermənilərin də keçməsinə görə, dövlət rüsumu tutulacaq.
Qeyd edək ki, Qafan-Gorus yolunda gömrük məntəqəsinin qurulımasından sonra Ermənistanda ara qarışıb. Vəziyyət belədir ki, dünəndən bir qrup insan İrəvanın mərkəzində etiraz aksiyası keçirir və hökumətin istefasını tələb edirlər. Onlar bəyan edirlər ki, Şurnuxu, Vorotan və Bərdzrəvan kəndlərində yaşayan 700 ailə çıxılmaz vəziyyətə düşüb.
Həmin kəndlərin alternativ yoldan istifadə etməsi isə yaxın bir neçə həftə ərzində mümkün deyil.
Bu əsnada, Bərdzrəvan kəndinin icma rəhbəri Onik Avaqyan deyir ki, onlar Qafana çıxmaları üçün 33 km, Gorusa getmələri üçün isə ən azı 70 km yol getməlidirlər. “Tatev-Ağvan yolunu çəkdikdən sonra biz artıq Qafana iki dəfə artıq yol getməli olacağıq. Üstəlik, buna qədər 5 km torpaq yola asfalt çəkilməlidir”. Qeyd edək ki, Ermənistan hökuməti bəyan edib ki, Tatev-Ağvan yolu açıqdır və istismara verilib. Hazırda həmin yolda digər təmiş işləri həyata keçirilir. “Qafan-Gorus yolunun bağlanmasını faciə etməyin. Hazırda Tatev-Ağvan yolu açıqdır və hamı ondan istifadə edə bilər”. Lakin bu gecədən Ermənistanın qısa müddətdə çəkdiyi və dünəndən təqdimatını etdiyi Tatev-Ağvan yolu bağlanıb. Belə ki, dünən gecə yağan qardan sonra yol tamamilə iflic vəziyyətinə düşüb. “Hazırda Tatev-Ağvan yolunda maşın karvanının sonu görünmür. Bütün yol iflic olub. Azca qar yağıb və yolda hərəkət mümkünsüzə çevrilib. Hələ qış gəlməyib, təsəvvür edin ki, qışda bu yol nə vəziyyətdə olacaq. Bir sözlə, bu yol da keçilməz olacaq”.
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.