Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1682
10.11.2021, 21:57
Xəbər verdiyimiz kimi Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərməsi haqda açıqlama yayıb.
Açıqlamada bildirilir ki, təxribat üçün əraziyə gətirilmiş Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti ordumuzun əsgərləri tərəfindən mühasirəyə alınıb.
Oxu24.com Turkustan.az-a istinadla ermənilərin mühasirəyə alınmasını əks etdirən video və fotoları təqdim edir:
Qeyd edək ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib: "Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.
Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
04:34 / 10 Noyabr 2026
1
04:12 / 10 Noyabr 2026
36
02:34 / 10 Noyabr 2026
112
02:02 / 10 Noyabr 2026
111
01:30 / 10 Noyabr 2026
199
01:19 / 10 Noyabr 2026
344
01:00 / 10 Noyabr 2026
153
00:25 / 10 Noyabr 2026
651
00:20 / 10 Noyabr 2026
130
00:14 / 10 Noyabr 2026
320
00:08 / 10 Noyabr 2026
124
23:52 / 09 Noyabr 2026
211
23:52 / 09 Noyabr 2026
1827
23:48 / 09 Noyabr 2026
132
23:42 / 09 Noyabr 2026
329
23:37 / 09 Noyabr 2026
361
23:32 / 09 Noyabr 2026
163
23:28 / 09 Noyabr 2026
171
23:23 / 09 Noyabr 2026
138
23:17 / 09 Noyabr 2026
218
23:12 / 09 Noyabr 2026
165
23:09 / 09 Noyabr 2026
139
23:01 / 09 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.