Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR! Uşaqlarla bağlı 15 milyon manat ayrıldı

ŞAD XƏBƏR! Uşaqlarla bağlı 15 milyon manat ayrıldı

REDAKTORUN SEÇİMİ

1301

08.11.2021, 12:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin maliyyələşdirilməsi üçün növbəti ildə 15 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

Oxu24.com -un  məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 3,7 mln. manat (32,7%), 2020-ci ilin faktiki icrasından isə 5,8 mln. manat (63%) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

ŞOK ANLAR! İRƏVANDA taksidə Azərbaycan pulu – GÖRÜN NƏ OLDU