Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
817
07.11.2021, 10:23
Bundan sonra avtobus zolaqlarına daxil olan minik avtomobilləri kameralar vasitəsi ilə qeydə alınaraq ictimailəşdiriləcək.
Oxu24.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bu məqsədlə sürücülərə xəbərdarlıq edib.
Qurumun mətbuat katibi Mais Ağayevin "Xəzər Xəbər"ə deyib ki, minik avtomobilləri daha çox paytaxtın Qara Qarayev, Babək, Mikayıl Useynov prospektləri, eləcə də Məhəmməd Hadi, Məhəmməd Füzuli, Yusif Səfərov və Əhməd Rəcəbli küçələrində olan avtobus zolaqlarına daxil olaraq problem yaradırlar.
Mais Ağayev bildirib ki, ictimai qınaq obyektinə çevrilməmək üçün minik avtomobillərinin sürücüləri avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı, həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.
Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi, gündəlik səfər sayı iki milyon iki yüz min olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə əlavə vaxt itkisi, əsəb və stress olmadan çatması baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Mais Ağayev qeyd edib ki, zolaqların təşkil edilməsi üçün seçilən küçə və prospektlər avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir.
Qeyd edək ki, avtobus zolaqlarına daxil olan minik avtomobillərinin sürücüləri yol polisi tərəfindən 3 bal və 60 manat miqdarında cərimə oluna bilərlər.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.