Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1857
20.07.2021, 09:56
Mütəmadi olaraq narkotikdən istifadə edib sükan arxasına əyləşən sürücülərlə bağlı xəbərlər veririk. Hətta reyd zamanı da xeyli sürücü etiraf edir ki, spirtli içki yox, narkotik maddə qəbul edib.
Oxu24.com xəbər verir ki, qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə, sərxoş halda idarə edənlərə tətbiq olunan cərimə eynidir. Ekspertlər bu məsələyə yenidən baxılmasını təklif edirlər.
Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərin bu əməli sanki adi bir hal alıb. Son vaxtlar tez-tez rast gəlinən belə hallar sözün əsl mənasında həyacan təbili çalır.
Təkcə ötən gün Bakı-Şamaxı yolunda yol polisi narkotik və psixotrop maddənin təsiri altında bir neçə belə sürücünü aşkar edib..
Qeyd edək ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, belə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırılırlar.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.
Xatırladaq ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkət iştrakçıları üçün potensial təhlükədən xəbər verir.
Ekspert hesab edir ki,belə halların qarşısı almaq üçün inzibati xətalar məcəlləsinə mütləq qaydada dəyişiklik olunmalıdır.
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.