Qaynar xətt:

(+99450) 247 90 86

Pişik manqala tullanıb,  manqalın üzərində olan maşa onun ayağını kəsib - Polisdən açıqlama

Pişik manqala tullanıb,  manqalın üzərində olan maşa onun ayağını kəsib - Polisdən açıqlama

REDAKTORUN SEÇİMİ

759

18.07.2021, 17:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə "Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:

"Araşdırma zamanı həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq olunduğu məlum olub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”

E.Hacıyev onu da əlavə edib ki, iş üzrə inzibati qanunvericiliyin normalarına müvafiq olaraq zəruri tədbirlərin görülməsi təmin olunacaq:

"Hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb”