Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİNİN DİQQƏTİNƏ! Nazirlər Kabineti qərarda dəyişiklik etdi: 18 iyul saat 00:00-dan...

ƏHALİNİN DİQQƏTİNƏ! Nazirlər Kabineti qərarda dəyişiklik etdi: 18 iyul saat 00:00-dan...

REDAKTORUN SEÇİMİ

2360

14.07.2021, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib.

Oxu24.com  xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.

Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Həmçinin oxu:  Azərbaycanda iyrənc hadisə: Əmioğlular xadimə işləyən qadını zorladı - HADİSƏ YERİNDƏN VİDEO