Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda səhər saatlarında dəhşət: Ölən var

Azərbaycanda səhər saatlarında dəhşət: Ölən var

REDAKTORUN SEÇİMİ

1358

14.07.2021, 06:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, Rayonun Güləmli kənd sakini 1993-cü il təvəllüdlü Tural Şahverdiyev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub.
G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.