Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
748
13.07.2021, 23:12
"Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın XİN-in iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan XİN-in bu addımı bir daha bu ölkənin hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgilədiyini göstərir:
"Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz.
Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı.
Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq".
XİN rəsmisi vurğulayıb ki, Ermənistan XİN nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir:
"Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir.
Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir".
18:30 / 11 Noyabr 2026
45
18:29 / 11 Noyabr 2026
49
18:23 / 11 Noyabr 2026
46
18:17 / 11 Noyabr 2026
76
18:13 / 11 Noyabr 2026
84
18:06 / 11 Noyabr 2026
380
18:01 / 11 Noyabr 2026
70
17:42 / 11 Noyabr 2026
193
17:40 / 11 Noyabr 2026
143
17:35 / 11 Noyabr 2026
208
17:16 / 11 Noyabr 2026
94
17:13 / 11 Noyabr 2026
187
17:12 / 11 Noyabr 2026
97
16:35 / 11 Noyabr 2026
109
16:07 / 11 Noyabr 2026
158
16:04 / 11 Noyabr 2026
351
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
118
15:50 / 11 Noyabr 2026
128
15:40 / 11 Noyabr 2026
111
15:31 / 11 Noyabr 2026
1124
15:27 / 11 Noyabr 2026
936
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.