Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ XƏBƏR! Azərbaycanda vəzifəli şəxs iş başında bıçaqlandı

TƏCİLİ XƏBƏR! Azərbaycanda vəzifəli şəxs iş başında bıçaqlandı

REDAKTORUN SEÇİMİ

2077

02.07.2021, 18:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə  Oxu24.com-a  Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nin “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə edib, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.