Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1555
30.06.2021, 20:49
Qusar rayonunda falçının evdən oğurluq etməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu24.com -un verdiyi məlumata görə, rayon sakini Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə ora daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.
Məlum olub ki, qarət olunan qadın Vətən müharibəsi şəhidi Çoban Nurmətovun həyat yoldaşı Əfsanə Nurmətovadır.
Hadisəni isə Yevlax rayon sakini Aygün Abdullayeva adlı qadın törədib.
Qadın həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.
Onların barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.
A.Abdullayeva tutulan zaman pulun bir hissəsini və qızıl üzüyü zərəçəkmişə qaytarıb.
Qeyd edək ki, şəhid Ç.Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub.
21:45 / 11 Noyabr 2026
25
21:14 / 11 Noyabr 2026
168
21:08 / 11 Noyabr 2026
266
21:05 / 11 Noyabr 2026
95
20:58 / 11 Noyabr 2026
97
20:49 / 11 Noyabr 2026
497
20:47 / 11 Noyabr 2026
85
20:28 / 11 Noyabr 2026
93
20:22 / 11 Noyabr 2026
116
20:19 / 11 Noyabr 2026
95
20:08 / 11 Noyabr 2026
96
19:57 / 11 Noyabr 2026
504
19:49 / 11 Noyabr 2026
126
19:43 / 11 Noyabr 2026
111
19:33 / 11 Noyabr 2026
135
19:19 / 11 Noyabr 2026
181
19:07 / 11 Noyabr 2026
124
18:42 / 11 Noyabr 2026
505
18:39 / 11 Noyabr 2026
271
18:35 / 11 Noyabr 2026
196
18:30 / 11 Noyabr 2026
238
18:29 / 11 Noyabr 2026
270
18:23 / 11 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.