Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda saçını boyadığı üçün bıçaqlanan oğlan görün kimdir - FOTO

Bakıda saçını boyadığı üçün bıçaqlanan oğlan görün kimdir - FOTO

REDAKTORUN SEÇİMİ

2741

30.06.2021, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bıçaqlanma hadisəsi olub.

Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.

Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir:

"Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək".