Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2729
28.02.2021, 18:48
Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Oxu24.com BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və "Whatsapp" qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb.
Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
"Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq", - deyə Cəsarət Valehov bildirib.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.
Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir.
"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır", - deyə BŞTİ-dən bildirilib.
18:31 / 13 Noyabr 2026
1
18:26 / 13 Noyabr 2026
14
18:15 / 13 Noyabr 2026
37
18:04 / 13 Noyabr 2026
140
17:59 / 13 Noyabr 2026
73
17:46 / 13 Noyabr 2026
84
17:30 / 13 Noyabr 2026
76
17:18 / 13 Noyabr 2026
73
17:13 / 13 Noyabr 2026
235
17:07 / 13 Noyabr 2026
85
16:59 / 13 Noyabr 2026
88
16:51 / 13 Noyabr 2026
98
16:37 / 13 Noyabr 2026
121
16:29 / 13 Noyabr 2026
97
16:08 / 13 Noyabr 2026
249
16:00 / 13 Noyabr 2026
103
15:42 / 13 Noyabr 2026
372
15:37 / 13 Noyabr 2026
110
15:30 / 13 Noyabr 2026
123
15:01 / 13 Noyabr 2026
150
14:59 / 13 Noyabr 2026
296
14:50 / 13 Noyabr 2026
159
14:46 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.