Qaynar xətt:

(+99450) 247 90 86

Erməni zindanında SƏKKİZ GÜN: "Hamilə qadını..." - Canlı şahiddən QANDONDURAN SÖZLƏR

Erməni zindanında SƏKKİZ GÜN: \\\"Hamilə qadını...\\\" - Canlı şahiddən QANDONDURAN SÖZLƏR

REDAKTORUN SEÇİMİ

3443

26.02.2021, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan həbsxanasında 8 gün qalan qarabağlı Dürdanə Ağayevanın danışdıqlarının yer aldığı “Erməni zindanında səkkiz gün” kitabı bir neçə il əvvəl Türkiyədə işıq üzü görüb.

Publika.az xəbər verir ki, Humanitar Yardım Vəqfi (İHH) tərəfindən nəşr olunan kitabda D. Ağayevanın gözü ilə Xocalıda 613 nəfərin öldürülməsi ilə nəticələnən soyqırımı hadisələri yer alır.

Kitabdan kiçik bir hissəni təqdim edirik:

“1992-ci il fevralın 25-də bütün silahlar sakitləşdi, ətrafı səssizlik bürümüşdü. Hər kəs evində idi. Qaranlıqda atılan top mərmiləri ulduzlar kimi üzərimizə gəlirdi. Daha sonra hamımız sığınacaqlara düşdük. Bir-iki saata qədər orada qaldıq. Qapı döyüldü. Gələn adam bizə “Dayanmayın, çıxın buradan, ermənilər hava limanını ələ keçirdi” deyə bildirdi. Üç, dörd ailə birlikdə yola çıxdıq. Sonra bizə dedikləri yerdə, Xocalının kənarında axan Qarqar çayından keçən körpünün altında gözləməyə başladıq. Hava artıq qaralmağa başlamışdı. Güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi. Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı.

Mən irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində “dayanın” dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi. “Sizə heç nə etməyəcəyik, bizimlə gəlin” dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları, qızılları, bir sözlə hər şeylərini onlara verib xilas olublar. Amma bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi. Bəlkə də 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər. Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq...”

Asif Nərimanlı

Digər xəbərlər

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

19:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

1

0
Sumqayıtda yol çöküb 

19:28 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda yol çöküb 

13

0
Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

29

0
medialiteracy-media-gov
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

45

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

53

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

69

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

70

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

88

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

76

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

79

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

90

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

300

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

99

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

108

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

99

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

95

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

306

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

102

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

101

0
Bakıda kafedə insident olub, saxlanılanlar var 

16:51 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kafedə insident olub, saxlanılanlar var 

113

0
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib

16:37 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib

133

0
Rövşən Muradov: “Dublin görüşləri ölkəmiz üçün yeni iqtisadi imkanlar açır”  

16:29 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rövşən Muradov: “Dublin görüşləri ölkəmiz üçün yeni iqtisadi imkanlar açır”  

109

0
Müəllimlərin maaşları ilə bağlı AÇIQLAMA

16:08 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müəllimlərin maaşları ilə bağlı AÇIQLAMA

293

0