Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2138
23.02.2021, 13:05
İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası dəyişib.
Oxu24.com -un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən ediləcək.
Qüvvədə olan qanuna əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi (Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri) ilə müəyyən edilir.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanunda işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyinatı ilə bağlı müddəalar da öz əksini tapıb (17.1-ci maddə). Hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.
Təklif olunan dəyişiklik sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabat məlumatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur.
Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur, nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
21:36 / 13 Noyabr 2026
1
21:29 / 13 Noyabr 2026
21
21:24 / 13 Noyabr 2026
34
21:03 / 13 Noyabr 2026
65
20:58 / 13 Noyabr 2026
68
20:50 / 13 Noyabr 2026
709
20:41 / 13 Noyabr 2026
100
20:37 / 13 Noyabr 2026
84
20:35 / 13 Noyabr 2026
58
20:20 / 13 Noyabr 2026
90
20:09 / 13 Noyabr 2026
287
20:06 / 13 Noyabr 2026
83
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
278
19:53 / 13 Noyabr 2026
200
19:41 / 13 Noyabr 2026
117
19:38 / 13 Noyabr 2026
691
19:35 / 13 Noyabr 2026
102
19:30 / 13 Noyabr 2026
347
19:28 / 13 Noyabr 2026
172
19:23 / 13 Noyabr 2026
109
19:05 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.