Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ: BUNDAN SONRA...

Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ: BUNDAN SONRA...

REDAKTORUN SEÇİMİ

3014

23.02.2021, 12:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

OXU24.COM -un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.