Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49118
az

Azərbaycanla sərhəddə rus qoşunlarının yerləşdirilməsi planı Yerevanda etirazla qarşılandı -ŞOK DETALLAR

23:5822 Fevral, 2021
4035
  • A

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları Yerevanda etirazla qarşılanıb.

Virtualaz.org xəbər verir ki, politoloq Stepan Qriqoryan bunu “Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım” kimi dəyərləndirib.

102-ci bazanın genişləndirilməsi və onun bölmələrinin bir qismini Ermənistanın şərq sərhədlərinə yerləşdirilməsi barədə müzakirələrin getdiyi haqda müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”-yə müsahibəsində demişdi.

Politoloq Qriqoryan isə hesab edir ki, Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür. Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq.

 

“Rusiya müharibə vaxtı bizə kömək elədi? Eləmədi, siz bilirsiniz. Deməli nazirin öz mövqeyini bildirmək haqqı var, amma erməni xalqının suverenliyinə, dövlətçiliyinə aid məsələləri bir və ya beş nəfər həll edə bilməz”,-Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib.

Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir və onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsinə təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

 

“Bilirsiniz ki, Rusiya hərbi bazası Ermənistanda üç yerdə yerləşib: əsas hissəsi Gümrüdə, qərargahı Yerevanda, təyyarələri isə Erebuni aeroportunda. Əgər dəyişiklik edilirsə və Rusiya qoşunları həm də Sünikdə yerləşdirilməlidirsə o zaman müqavilədə belə bənd olmalıdır.

Onlar bu müqaviləni nə vaxt imzalamağı planlaşdırırlar, bu müqavilə ictimaiyyətə təqdim olunacaq ya yox? Çoxlu suallar var. Rusiya qoşunlarının bizə sərfəli olduğu haqda ideyaya gəldikdə isə biz müharibə vaxtı baş verənlərə baxmalıyıq. Azərbaycan məsələn, Vardenisə də zərbə endirdi, lakin Rusiya bizə kömək etmədi”,-Stepan Qriqoryan bildirib.

Virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var