Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
817
15.05.2020, 15:58
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva "oxu.az" saytının sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır:
“Belə ki, hələ fevral ayından nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.
Bu səbəbdən bu günə kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıralarında xidmət edən 15 nəfərin virusa yoluxma faktı təsdiqini tapıb. Onlardan 11 nəfər tam sağalaraq, artıq xidmətə qayıdıb, dörd nəfərin müalicəsi isə davam edir, vəziyyətləri normaldır”.
O qeyd edib ki, yoluxan əməkdaşların əksəriyyəti 22-35 yaş aralığında olan şəxslərdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, COVID-19-a yoluxma halı qeydə alınmayıb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar nəzarət daxili işlər orqanlarının əməkdaşlarına həvalə edilib:
“Bu sahədə nəzarəti həyata keçirən polis və daxili qoşunların hərbi qulluqçuları öz sağlamlıqlarını riskə qoyaraq, vətəndaşlarımızın koronavirus infeksiyasına yoluxmaması üçün gücləndirilmiş iş rejimində xidmət edirlər. Gündə minlərlə insanla təmasda olan polis əməkdaşlarının bu virusa yoluxmaları da qaçılmazdır. Bugünədək bir neçə əməkdaşımızda müayinə zamanı infeksiya aşkar edilib və dərhal da xüsusi tibbi müəssisələrə yerləşdiriliblər”.
DİN rəsmisi qeyd edib ki, onlardan artıq sağalıb evə buraxılanı və müalicəsini davam etdirəni də var. İqtisadiyyat Nazirliyindən də bildirilib ki, qurumun əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyasına yoluxan yoxdur:
“Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları xüsusi rejimli karantin şəraitində müəyyən edilmiş iş rejiminə və tələblərə uyğun olaraq əmək fəaliyyətini davam etdirirlər”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat katibi Nuridə Allahyarova bildirib ki, nə qurumda, nə də tabeliyindəki “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları arasında COVID-19-a yoluxan yoxdur.
Azərbaycan Mərkəzi Bankdan da qeyd edilib ki, əməkdaşları arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.