Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
832
14.05.2020, 13:15
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejimin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.
Oxu24.com -un sonxeber.az-a istinadən məlumatına görə, bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:
"Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz sadəcə ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejimin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır".
Həmçinin oxuyun
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:
"Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır".
01:00 / 09 May 2026
81
00:48 / 09 May 2026
277
00:30 / 09 May 2026
304
00:21 / 09 May 2026
275
00:00 / 09 May 2026
101
23:40 / 08 May 2026
105
23:25 / 08 May 2026
1110
23:17 / 08 May 2026
275
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
115
22:28 / 08 May 2026
282
22:14 / 08 May 2026
128
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1551
21:39 / 08 May 2026
279
21:29 / 08 May 2026
121
21:10 / 08 May 2026
228
20:52 / 08 May 2026
329
20:48 / 08 May 2026
169
20:36 / 08 May 2026
110
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.