Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
768
14.05.2020, 12:26
Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb.
Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma heç bir bildiriş göndərilməyib. Belə olan halda təyin olunmuş yardım kimə çatıb? Bu məsələlər nə qədər realdır?
Həmçinin oxuyun
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov saytımıza bildirib ki, bu cür problemlə üzləşən vətəndaşlar ƏƏSMN-ə müraciət edə bilərlər:
"Biz də sosial şəbəkələrdə bəzi vətəndaşların guya xəbərləri olmadan adlarına yardım təyin edilməsi və onlara heç bir bildiriş getmədiyi barədə məlumatları oxuyuruq və bu məsələləri araşdırırıq. Bütün hallarda vətəndaşın yaxın ailə üzvləri tərəfindən müraciət olunduğu müəyyən olunur. İkinci halda isə onlar 2020-ci il aprelin 1-dək işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmış şəxslərdir. Onların işsiz statusu qüvvədə olduğundan, avtomatik olaraq yardım təyin edilib. Təbii ki, 600 minlik siyahının açıqlanmasında da məqsəd nazirlik tərəfindən ictimai açıqlığı təmin etməkdir. Əgər vətəndaşların məlumatsızlığı nəticəsində onlara vəsaitin təyin edilmə halları varsa, bizə müraciət edə bilərlər. Amma indiyə qədər edilən bütün müraciətlər nəticəsində bu kimi faktlar öz təsdiqini tapmayıb".(redaktor.az)
01:00 / 09 May 2026
81
00:48 / 09 May 2026
277
00:30 / 09 May 2026
304
00:21 / 09 May 2026
275
00:00 / 09 May 2026
101
23:40 / 08 May 2026
105
23:25 / 08 May 2026
1110
23:17 / 08 May 2026
275
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
115
22:28 / 08 May 2026
282
22:14 / 08 May 2026
128
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1551
21:39 / 08 May 2026
279
21:29 / 08 May 2026
121
21:10 / 08 May 2026
228
20:52 / 08 May 2026
329
20:48 / 08 May 2026
169
20:36 / 08 May 2026
110
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.