Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1634
11.05.2020, 15:42
“Deputat Vahid Əhmədovun Azərbaycanda rayonların ləğv edilib, yerində 12 iqtisadi zona yaradılması haqqındakı fikirlərini oxuyanda rəhmətlik Elmar Hüseynovla bu barədə düşüncələrimiz yadıma düşdü.
Hələ 2000-ci ildə biz bu barədə düşünürdük və 12 yox, 8 zona (mahal, vilayət və başqa cür adlandırılmasını vacib saymırdıq) nəzərdə tutmuşduq.
Səhv etmirəmsə, bu barədə o dövrlər nəşr etdirdiyimiz “Monitor” jurnalında, yaxud “Demokratik Azərbaycan”, “Bakinskiye Vedomosti”, “Bakinskiy Bulvar” qəzetlərində belə bir yazı da olmuşdu...”
Oxu24.com xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov “Facebook” səhifəsində yazıb.
“Bu bölgünü biz aparanda tək iqtisadi tərəfləri yox, həm də siyasi tərəfləri düşünürdük.
Özü də ölkənin bu cür idarə olunmasında iqtisadi faydadan çox siyasi faydanın olacağını düşünürdük.
O dövrdə biz hesab edirdik ki, ölkənin bu cür idarə edilməsi demokratiyanın inkişafına təkan verəcək.
Həmçinin oxuyun
Belə ki, həmin 8 zonada seçkili orqanların olacağını və həmin orqanlara seçiləcək şəxslərin siyasi elitanın formalaşmasında böyük rollarının olacağını hesab edirdik.
Bizdə ən çox narahatlıq yaradan məqam o idi ki, bütün siyasi partiyaların liderləri Bakıda fəaliyyət göstərirdi və onların bölgələrdəki prosesləri tam dərk etmədiklərini düşünürdük.
Bu həm də yerlərdəki xanlıqların - icra başçıları institutunun ləğvi, minlərlə rüşvət mənbəyi olan məmurların fəaliyyətinin sonu və bələdiyyə sisteminə keçidin başlanğıcı olardı.
8 bölgədə seçkili orqanlar formalaşıb fəaliyyət praktikası toplayandan sonra ölkədə Parlament idarəçiliyinə keçilməsini zəruri sayırdıq.
Bölgünü də belə aparmışdıq: Abşeron, Salyan-Lənkəran, Sumqayıt-Qusar, Şəki, Gəncəbasar, Aran, Naxçıvan, Qarabağ zonaları.
Zonaların say məsələsi də sırf arifmetik hesablama deyildi. Bu həm də gələcəkdə ölkədə hansısa xoşagəlməz meyllərin qarşısını almaq məqsədi güdürdü.
Bu mövzuda müzakirəni çox faydalı sayıram. Ona görə bu gün də hesab edirəm ki, əgər elə bir bölgü aparılarsa 12 yox, məhz 8 bölgə barədə fikirləşmək lazımdır”, - A.İsmayılov qeyd edib.
00:48 / 09 May 2026
1
00:30 / 09 May 2026
31
00:21 / 09 May 2026
32
00:00 / 09 May 2026
49
23:40 / 08 May 2026
55
23:25 / 08 May 2026
117
23:17 / 08 May 2026
179
22:47 / 08 May 2026
170
22:38 / 08 May 2026
68
22:28 / 08 May 2026
211
22:14 / 08 May 2026
95
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
60
21:59 / 08 May 2026
57
21:48 / 08 May 2026
1127
21:39 / 08 May 2026
226
21:29 / 08 May 2026
85
21:10 / 08 May 2026
185
20:52 / 08 May 2026
271
20:48 / 08 May 2026
124
20:36 / 08 May 2026
79
20:18 / 08 May 2026
89
20:07 / 08 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.