Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1032
11.05.2020, 12:36
Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Oxu24.com bildirir ki, bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir: "Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər. Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər. Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır.
Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək. Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır. Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb. Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.