Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! İran gəmisi vuruldu: 19 nəfər öldü

SON DƏQİQƏ! İran gəmisi vuruldu: 19 nəfər öldü

REDAKTORUN SEÇİMİ

1149

11.05.2020, 11:45

İran gəmisi ilə bağlı vermiş insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Oxu24.com -un  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Ordusunun mətbuat xidməti məlumat yayıb.

Lakin mətbuat xidməti insidentin yanlış raket atışı nəticəsində baş verdiyini təsdiqləməyib.  

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış raketlə səhvən vurulub.

Bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb: “Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.

Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.

Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.