Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
984
10.05.2020, 20:57
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev...
Oxu24.com “modern.az”a istinadən xəbər verir ki, bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...
İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Belə ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbiri seçilib və hər ikisi həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də, nazirliklərdə əməliyyatlar aparması davam edəcəkmi? Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov axtarışların davamlı olacağını istisna etməyib:
“Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib.
Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq.
Həmçinin oxuyun
Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır.
Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”.
Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib.
“Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir.
Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.
23:25 / 08 May 2026
1
23:17 / 08 May 2026
1
22:47 / 08 May 2026
141
22:38 / 08 May 2026
43
22:28 / 08 May 2026
174
22:14 / 08 May 2026
70
22:13 / 08 May 2026
46
22:06 / 08 May 2026
49
21:59 / 08 May 2026
48
21:48 / 08 May 2026
930
21:39 / 08 May 2026
202
21:29 / 08 May 2026
67
21:10 / 08 May 2026
174
20:52 / 08 May 2026
245
20:48 / 08 May 2026
113
20:36 / 08 May 2026
70
20:18 / 08 May 2026
80
20:07 / 08 May 2026
82
19:48 / 08 May 2026
76
19:39 / 08 May 2026
147
19:29 / 08 May 2026
101
19:16 / 08 May 2026
109
19:05 / 08 May 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.