Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30854
az

Qərbi Azərbaycan Respublikası YARADILDI - QƏRAR

16:1810 May, 2020
2201
REDAKTORUN SEÇİMİ
  • A
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Oxu24.COM-un xəbərinə görə, Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəaralı bir addım atıldı. Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. O əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq. “Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son vermişdir. Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar. Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri issə hal- hazırda işğal altındadır. Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır. Qafar Çaxmaqlı vurğulamışdır ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə - baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Sahil Babayev rəsmən açıqladı:Minimum əməkhaqqı və pensiyalar artırılacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ –QAR GƏLİR…

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü