Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1410
09.05.2020, 16:13
Xəbər verdiyimiz kimi ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. İlkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var.
“Ölkə.Az” xəbər verir ki, yayılan xəbərlərə görə Cəlil Məlikovun bir çox mədəniyyət ocağı rəhbərlərindən rüşvət tələb etdiyi iddia olunub.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Nadir Qafarzadənin də təyinatı ilə bağlı xəbər yayılsada sonradan bu təsdiqini tapmadı.
“Ölkə.Az”məsələ ilə bağlı tanınmış sənətçilərə müraciət edib.
Müğənni Nadir Qafarzadə açıqlamasında ümumiyyətlə, Cəlil Məlikovu tanımadığını və təyinatının hansı səbəbdən alınmadığını deyib.
“Mən Cəlil Məlikovu tanımıram, onunla şəxsi tanışığım yoxdur. Ona görə onun haqqında heç bir şey deyə bilmərəm. Mən ancaq Ələddin müəllimi tanıyırdım, hər zaman heç bir qarşılıq güdmədən məni tədbirlərə dəvət edirdi. O ki, qaldı mənim Abşeron rayonu, Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru təyin olunmamağım məsələsinə, təklifdən mən özüm işlərimə görə imtina etmişdim. Çünki o məsuliyyətli iş idi. Hər gün səhərdən axşama qədər işdə olmalı idim. Bu da mənə əl vermirdi. Çünki bu zaman mən gərək bütün işlərimi atıb, orada oturmalı idim”,- deyə o, bildirib.
Həmçinin oxuyun
Digər məşhur, ifaçı Leyla Ramazanlı isə Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru təyin olunduğu zaman Mədəniyyət baş idarəsinin rəisinin Cəlil Məlikov olmadığını və hazırda o vəzifədə çalışmadığını deyib.
“Mən Mədəniyyət Sarayına təyinat alanda baş idarənin rəisi Cəlil Məlikov deyildi. Onu da qeyd edim ki, hazırda o vəzifədə çalışmıram”.
Əlaqə saxladığımız növbəti məşhur vokalçı Amil Həsənoğlu olub. Müğənni 2019-cu ildə Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinə direktor təyin edilib. Həsənoğlu açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.
“Hazırda istintaq getdiyi üçün bu barədə heç nə deyə bilmərəm. Araşdırma bitsin, Cəlil müəlim ifadə verər , o zaman nəyin doğru, nəyin yanlış olduğunu deyə bilərəm”.
20:52 / 08 May 2026
1
20:48 / 08 May 2026
24
20:36 / 08 May 2026
26
20:18 / 08 May 2026
40
20:07 / 08 May 2026
47
19:48 / 08 May 2026
53
19:39 / 08 May 2026
126
19:29 / 08 May 2026
74
19:16 / 08 May 2026
77
19:05 / 08 May 2026
219
18:57 / 08 May 2026
69
18:42 / 08 May 2026
226
18:38 / 08 May 2026
77
18:29 / 08 May 2026
77
18:19 / 08 May 2026
249
18:05 / 08 May 2026
194
17:55 / 08 May 2026
181
17:45 / 08 May 2026
67
17:35 / 08 May 2026
58
17:25 / 08 May 2026
59
17:15 / 08 May 2026
592
17:10 / 08 May 2026
68
16:56 / 08 May 2026
439
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.