Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
788
09.05.2020, 14:21
Ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar mart ayının 30-dan bağlanan Bakı Metropoliteni bu gün səhər saat 06:00-dan etibarən fəaliyyətini hərəkətini bərpa edib.
Oxu24.com xəbər verir ki, gücləndirilmiş iş rejimi ilə sərnişinlərə xidmət göstərən metro müəyyən olunmuş qaydalar çərçivəsində vətəndaşlara xidmət göstərəcək.
“İnfeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə Bakı Metropoliteni yalnız icazəsi olan vətəndaşları metro stansiyalara buraxır. Həmin vətəndaşlar maska və qoruyucu vasitələrdən istifadə etməlidir. Həmçinin metropoliten qatarlarda və stansiya daxilində müəyyən “Sosial məsafəni saxlayın” yazıları olan buroşürlardan istifadə edir.
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metro stansiyalarına daxil olan vətəndaşlara metropolitençilər tərəfindən məlumatlar verilir və hərarəti yoxlanıldıqdan sonra stansiyalara buraxılır. Onun sözlərinə görə, koronavirus infeksiyası üçün ən münbit şərait metropolitendədir. Bu səbəbdən sərnişinlər son dərəcədə diqqətli olmalıdırlar: “Ötən 38 gün sərnişinsiz bir dövr oldu. Bu, həm də metropolitençilər üçün ağır bir dövr oldu. Eyni zamanda sərnişinlərimiz üçün də. Çünki yerüstü nəqliyyata kömək kimi Bakı Metropoliteninin fəaliyyət göstərməsi daha məqbuldur. Lakin metropoliten yeraltı nəqliyyat vasitəsidir. Koronavirus infeksiyası üçün ən münbit şərait metropolitendədir. Əminəm ki, hazırda verilmiş qərar daimi olacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, metro qatarları və stansiyalar gündəlik olaraq dezinfeksiya olunacaq: “Əl ilə təmas olunan bütün hissələr xüsusi dezinfeksiyaedici maddələrlə silinərək təmizlənəcək. Bu işlər gün ərzində 3 dəfə həyata keçiriləcək. Sərnişin sıxlığı olan stansiyalarda daha çox həyata keçiriləcək. Ümumiyyətlə, gündəlik dezinfeksiya işləri sərnişin axını və zərurətdən asılı olaraq daha geniş miqyasda tətbiq olunacaq. Qatarlar da eyni qaydalarla dezinfeksiya olunur. Lakin bu işlər qatarlar xətdən depoya verilərkən həyata keçiriləcək. Qatarlar “Bakmil” stansiyasından sonra açıq hava şəraitində havalandırılacaq. Daha sonra sanitar gigiyenik tədbirlər görüləcək”.
Həmçinin oxuyun
Qeyd edək ki, gün ərzində sıxlığın olmamasını təmin etmək üçün qatarlar arasında hərəkət intervalı 2 dəqiqə olaraq hesablanır.
20:52 / 08 May 2026
1
20:48 / 08 May 2026
24
20:36 / 08 May 2026
26
20:18 / 08 May 2026
40
20:07 / 08 May 2026
47
19:48 / 08 May 2026
53
19:39 / 08 May 2026
126
19:29 / 08 May 2026
74
19:16 / 08 May 2026
77
19:05 / 08 May 2026
219
18:57 / 08 May 2026
69
18:42 / 08 May 2026
226
18:38 / 08 May 2026
77
18:29 / 08 May 2026
77
18:19 / 08 May 2026
249
18:05 / 08 May 2026
194
17:55 / 08 May 2026
181
17:45 / 08 May 2026
67
17:35 / 08 May 2026
58
17:25 / 08 May 2026
59
17:15 / 08 May 2026
592
17:10 / 08 May 2026
68
16:56 / 08 May 2026
439
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.