İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2408
06.05.2020, 11:25
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini, o cümlədən 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:36 / 26 Oktyabr 2026
17
18:20 / 26 Oktyabr 2026
62
18:10 / 26 Oktyabr 2026
57
17:45 / 26 Oktyabr 2026
125
17:01 / 26 Oktyabr 2026
94
17:00 / 26 Oktyabr 2026
259
16:58 / 26 Oktyabr 2026
72
16:46 / 26 Oktyabr 2026
74
16:42 / 26 Oktyabr 2026
69
16:30 / 26 Oktyabr 2026
99
16:17 / 26 Oktyabr 2026
102
16:08 / 26 Oktyabr 2026
224
15:57 / 26 Oktyabr 2026
88
15:50 / 26 Oktyabr 2026
281
15:48 / 26 Oktyabr 2026
141
15:44 / 26 Oktyabr 2026
196
15:41 / 26 Oktyabr 2026
94
15:37 / 26 Oktyabr 2026
75
15:34 / 26 Oktyabr 2026
103
15:28 / 26 Oktyabr 2026
81
15:19 / 26 Oktyabr 2026
209
15:10 / 26 Oktyabr 2026
118
15:07 / 26 Oktyabr 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.