İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
998
05.05.2020, 15:57
Yeni növ koronovirus infeksiyasının yayılması ilə əlaqədar Bakı Metropoliteninin fəaliyyəti 31 mart 2020-ci il tarixdə saat 22:00-dan etibarən dayandırılıb. Elə həmin tarixdən sərnişindaşımada yük daha çox avtobusların üzərinə düşüb. Avtobusdan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər isə metronun nə vaxt açılacağını gözləyir.
Sakinlər də metronun bağlandığına görə gediş-gəlişdə çətinlik çəkdiklərini deyirlər: “Metro bağlanıb, gediş-gəliş çətinləşib. Avtobusda məsafə saxlayıb gedirik, yenə də çətin olur bizə. Metro açılsa, məsafə saxlayıb getsək, bizə də rahat olar. Həkimə gedirik, xəstəmiz olur. Qoy bizə də rahat olsun”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun nə vaxt fəaliyyətə başlaması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir: “Bakı Metropoliteni veriləcək qərardan asılı olaraq öz işini bərpa etməyə hazırdır. Hazırda bu sahədə bütün müvafiq işlər görülür”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, metronun açılması situasiyadan asılı olacaq. Hazırda bu məsələ müzakirə olunur.
Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə pandemiya dövründə ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Azərbaycanın baş dövlət sanitariya həkiminin təsdiqlədiyi metodiki göstərişlərdə bildirilib ki, bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda, vətəndaşlardan tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.
Sərnişinlər bu qərarı anlayış və razılıqla qarşılayıb:
- Metro açılsa, əlbəttə ki, gigiyena qaydalarına sağlamlığımız üçün əməl edəcəyik.
- Açılandan sonra da yenə həmin qaydada maskadan, əlcəkdən istifadə edəcəyik.
Bakı Metropoliteni isə sərnişinlərini hər an qarşılamaq üçün hazırlıq işlərini davam etdirir. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, metronun fəaliyyətini dayandırdığı müddət ərzində təbii hava axını olmadığı üçün ventilyatorların iş fəaliyyətində müəyyən dəyişikliklər edilib: “Bakı Metropoliteni çoxşaxəli və mürəkkəb infrastruktura malik olan nəqliyyat sistemidir. Bu səbəbdən ötən dövr ərzində əsas vəzifə infrastrukturun sağlam, saz vəziyyətdə olmasını təmin etmək, hər an onu işlək vəziyyətə gətirməkdən ibarətdir”.
Belə... Sərnişinlər metronun, metro da sərnişinlərinin yolunu gözləyir. Metroda görüşənədək...
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.