Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1071
20.05.2026, 10:36
Azərbaycanda qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması mexanizminin təkmilləşdirilməsi gündəmə gəlib. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə təkliflərin hazırlanmasının vacibliyi vurğulanıb. Sənəddə həmçinin pensiya sisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığın artırılması da əsas hədəflərdən biri kimi göstərilib.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda qulluq stajına görə əmək pensiyalarının təyin edilməsi hazırda 10 ildən 15 ilə qədər və 25 ilə qədər olan iş və qulluq stajı əsasında hesablanır:
“Nəticə etibarilə, qulluq müddətinə uyğun olaraq pensiya məbləğləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsində qeyd olunur ki, müvafiq olaraq sonuncu maaş və ya qulluq stajının müddətinə görə orta məbləğ əsas götürülür. Hazırda hökumət daha differensial yanaşma əsasında əmək pensiyalarının təyin olunması ilə bağlı təkliflər irəli sürür. Burada əsas məqsəd yalnız qulluq stajını deyil, ümumi stajın daha ədalətli şəkildə nəzərə alınmasıdır. Təklif olunan dəyişikliklər növbəti mərhələdə indeksləşdirmə zamanı pensiyaların baza hissəsinin artmasına səbəb ola bilər. Eyni zamanda dövlət qulluğunda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında xidmət edən şəxslərin pensiya təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulur”.
O deyib ki, dəyişikliklərə əsasən ilkin mərhələdə 15 ilə qədər qulluq stajı əsas meyar kimi götürüləcək:
“15 ildən sonrakı dövrlərdə isə sonuncu məvacib əsas göstərici kimi tətbiq olunacaq. Bu yanaşma xüsusilə aşağı dərəcəli dövlət qulluqçuları, sıravi hərbi qulluqçular və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin pensiya məbləğinin artmasına şərait yarada bilər. Bu baxımdan təklif olunan mexanizmin daha ədalətli, şəffaf və rəqəmsal pensiya təyinatı üçün daha uyğun model olduğu hesab edilir”.
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.