Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı
28 Avqust 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
461
25.11.2024, 16:45
Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.
Oxu24.com lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişikə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.
Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.
Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
16:38 / 31 Avqust 2026
1
16:30 / 31 Avqust 2026
20
16:26 / 31 Avqust 2026
117
16:17 / 31 Avqust 2026
39
16:08 / 31 Avqust 2026
42
15:58 / 31 Avqust 2026
39
15:55 / 31 Avqust 2026
42
15:50 / 31 Avqust 2026
41
15:49 / 31 Avqust 2026
37
15:47 / 31 Avqust 2026
42
15:39 / 31 Avqust 2026
49
15:35 / 31 Avqust 2026
49
15:32 / 31 Avqust 2026
49
15:16 / 31 Avqust 2026
54
15:10 / 31 Avqust 2026
53
14:59 / 31 Avqust 2026
53
14:56 / 31 Avqust 2026
57
14:40 / 31 Avqust 2026
70
14:25 / 31 Avqust 2026
63
14:10 / 31 Avqust 2026
68
13:55 / 31 Avqust 2026
68
13:54 / 31 Avqust 2026
90
13:45 / 31 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.