Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
11 Oktyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
31.08.2026, 13:20
Ermənistanın Baş naziri Nikol Paşinyanın ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq” açıqlaması ilə çıxış edib. Bu açıqlama Azərbaycan və Ermənistan arasında enerji sahəsində əməkdaşlıq məsələsini yenidən gündəmə gətirib. Son dövrdə iki ölkə arasında enerji məsələləri ilə bağlı bir sıra görüşlər və müzakirələr keçirilib. Cari ilin avqustun 25-də Laçında Azərbaycan və Ermənistanın enerji qurumlarının nümayəndələri arasında növbəti görüş baş tutub. Görüşdə elektrik enerjisinin qarşılıqlı idxal və ixracı, həmçinin enerji infrastrukturlarının sərhəddə birləşdirilməsi ilə bağlı potensial variantlar müzakirə edilib. Bəs iki ölkə arasında enerji ticarəti gələcəkdə real layihəyə çevrilə bilərmi?
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, 2025-ci ilin oktyabrında Kopenhagendə Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutu boyunca elektrik ötürücü xətlərinin və qaz kəmərinin çəkilməsi imkanlarını müzakirə ediblər.
Ekspertin sözlərinə görə, bu, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ilk addımları olub.
“Ardınca 2025-ci ilin dekabr ayının sonunda SOCAR xətti ilə Ermənistana Gürcüstan üzərindən A95 markalı avtomobil benzini və 10 ppm ULSD markalı dizel yanacağının dəmir yolu ilə tədarükü iki ölkə arasında enerji sahəsində əməkdaşlığın əsasını qoydu. Bu, iki ölkə arasında nəqliyyat və ticarət kommunikasiyalarını bərpa etmək və blokdan çıxarmaq istiqamətində atılan addım idi. Bu addım Azərbaycanın Orta Dəhlizdə rolunun gücləndirilməsi baxımından vacib idi”, – deyə Z.Vəliyev bildirib.
Ekspert qeyd edib ki, cari ilin avqustun 25-də Laçında Azərbaycan və Ermənistanın enerji qurumlarının nümayəndələri arasında keçirilən növbəti görüşdə iki ölkə arasında elektrik enerjisinin qarşılıqlı idxal və ixracı, həmçinin enerji infrastrukturlarının sərhəddə birləşdirilməsi ilə bağlı potensial variantlar müzakirə edilib.
Z.Vəliyev bildirib ki, Laçın görüşündən iki həftə əvvəl Prezident İlham Əliyev Naxçıvanın gələcəkdə böyük həcmdə elektrik enerjisi ixrac edəcəyini bəyan edib.
“Azərbaycan və Ermənistan energetiklərinin Laçında baş tutmuş görüşündən bir gün əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, elektrik ötürücü xətlər TRIPP çərçivəsində həyata keçiriləcək ilk infrastruktur layihəsi ola bilər”.
Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlıq siyasi bəyanatlar çərçivəsindən kənara çıxaraq hər iki ölkənin enerji mütəxəssisləri səviyyəsində texniki və kommersiya imkanlarının qiymətləndirilməsi mərhələsinə keçib:
“Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi artıq hazırdır.
Bu xətt TRIPP marşrutunun mühüm bir hissəsi olacaq. Naxçıvana gedən marşrutun açılması Ermənistanı istehlakçıdan tranzit ölkəyə çevirə bilər. Bu, eyni zamanda, Ermənistana onunla qonşu ölkələr olan İran və Gürcüstanla enerji əlaqələrinə əlavə bir marşrut təmin edərdi”.
Ekspert Ermənistan cəmiyyətində bu məsələ ilə bağlı mövcud yanaşmalara da toxunub. Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müəyyən kəsimi ölkənin enerji infrastrukturunun Azərbaycanın enerji şəbəkəsinə birləşdirilməsinin Ermənistanın enerji təhlükəsizliyi üçün siyasi təzyiq və asılılıq riskləri yaratdığını hesab edir.
“Əslində enerji sahəsində Azərbaycanla əməkdaşlıq ilk növbədə Ermənistana lazımdır. Çünki region ölkələri arasında enerji sisteminin şaxələndirilməsi yalnız Azərbaycana məxsusdur və Azərbaycan regionda enerji sahəsində təchizat zəncirinin davamlılığını təmin edən ölkədir”, – deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
00:39 / 11 Oktyabr 2026
1
00:21 / 11 Oktyabr 2026
123
00:19 / 11 Oktyabr 2026
35
00:17 / 11 Oktyabr 2026
34
00:11 / 11 Oktyabr 2026
55
00:06 / 11 Oktyabr 2026
99
23:34 / 10 Oktyabr 2026
235
23:24 / 10 Oktyabr 2026
74
23:24 / 10 Oktyabr 2026
89
23:11 / 10 Oktyabr 2026
79
22:55 / 10 Oktyabr 2026
69
22:49 / 10 Oktyabr 2026
114
22:39 / 10 Oktyabr 2026
77
22:35 / 10 Oktyabr 2026
130
22:28 / 10 Oktyabr 2026
74
22:06 / 10 Oktyabr 2026
85
21:36 / 10 Oktyabr 2026
2348
21:20 / 10 Oktyabr 2026
469
21:10 / 10 Oktyabr 2026
100
21:02 / 10 Oktyabr 2026
174
20:50 / 10 Oktyabr 2026
116
20:37 / 10 Oktyabr 2026
86
20:26 / 10 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.