Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50255
az

TƏCİLİ! Laçın dəhlizi ilə bağlı ŞOK GƏLİŞMƏ: “Artsax” ordusuna ŞİDDƏTLİ ZƏRBƏ

19:5908 Mart, 2021
4784
QARABAĞ
  • A

Rusyanın “Reportyor” nəşri “Moskvanın böyük zəfəri” haqqında yazır. Onlar hesab edir ki, artıq İran tezliklə Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulacaq və bundan sonra Rusiya Hind okeanına çıxış əldə edəcək, nəticədə İran öz mallarını bütün AİB ölkələrində sürətlə sata biləcək.

Bəs, bunun necə olacağı ehtimal olunur? Müəllif iddia edir ki, Moskva bunun üçün Şimal-Cənub dəhlizinin dəmir yolu komponentinin inşasının sürətlənməsini təmin edəcək. Yəni, istənilən halda, Azərbaycan ərazisi boyunca infrastruktur olmadan bir şey əldə etmək olmayacaq, amma belə çıxır ki, onlar bizdən heç soruşmurlar da. Niyə Azərbaycan Kremlin bu layihəsinin inkişafına töhfə verməlidir?

Burada bir tranzit ölkə kimi Azərbaycan üçün birbaşa iqtisadi bir fayda olduğu aydındır. Amma Bakı bu kimi vəziyyətlərdən öz siyasi maraqları naminə istifadə etməməlidirmi? Məsələn, Şimal-Cənub layihəsində işi sürətləndirməyin müqabilində, Rusiyadan Ermənistandan Laçın dəhlizinə girişdə Azərbaycan sərhəd və gömrük postunun quraşdırılmasına razılıq tələb etmək olar. Bununla da, ən azı “Artsax Müdafiə Ordusu”nu bərpa etmək üçün Ermənistandan Dağlıq Qarabağa keçənlərin qarşısını almaq olar.

Axı bu, bütün silahlı erməni birləşmələrinin Ermənistan Respublikası ərazisinə çəkilməsinə dair 10 noyabr tarixli Üçtərəfli Atəşkəs Bəyanatının ən vacib məqamlarından birinin yerinə yetirilməsini təmin edəcək. Üstəlik, bu sazişin Moskva tərəfindən imzalanmasını da unutmaq olmaz.

Digər tərəfdən, yerli siyasi dairələrdə də son vaxtlar Rusiyanın Azərbaycanı AİB üzvlüyünə cəlb etməyə fəal şəkildə çalışdığı, Bakıdakı hakim dairələrə təsir etmək üçün çalışması barədə təsdiqlənməmiş söhbətlər dolaşır. Bu, nə dərəcədə doğrudur? Bəs, ölkəmiz üçün belə bir anti-Qərb birliyinə qoşulma riski nə vəd edir?

KAİM.az xəbər verir ki, AYNA mövzunu tanınmış ekspertlərlər müzakirə edib.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“İranın AİB-ə üzv olması Rusiya jurnalistlərinin və Kremlin tərəfdarı olan bəzi analitiklərin böyük bir şişirtməsidir. Tehran, sanksiyaların ləğvi ilə əlaqədar olaraq İranın ABŞ-la bazarlıq etməsində özünə dəstəyi təmin etmək üçün Moskvaya bir “yağlı kökə” göstərir. Əslində, İranın Rusiya Federasiyası və digər postsovet ölkələri ilə ticarət və iqtisadi dövriyyəsi bölgədə yüzdə 5-6 nisbətində cüzi bir rəqəmdir, Çin və ya Hindistanla isə onlarla faizlərlə ölçülür. Çin İranın əsas sərmayədarıdır və aralarında 100 milyard dollardan çox dəyərində, dörddəbir əsr üçün bir proqram var.

Çox güman ki, bu mərhələdə məsələ İranın, Özbəkistanın olduğu kimi, AİB-də müşahidəçi statusu ilə məhdudlaşacaq. Bunun həll olunmuş bir məsələ olduğunu iddia etməyəcəyəm, amma İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qəbul edilməsi barədə məlumatlar var, burada Rusiya və Çindən əlavə Hindistan və Pakistan da var.

Şimal-Cənub dəmir yoluna gəldikdə, Azərbaycan bu layihədə Rusiyanın mövqeyindən asılı olmayaraq maraqlıdır və Moskvadan fərqli olaraq Rəşt-Astara hissəsinin inşasını sürətləndirmək üçün 500 milyon dollar ayırıb və İranla Astaramızı birləşdirən dəmir yolu körpüsünün 8 kilometrlik hissəsini müstəqil şəkildə başa çatdırıb. Bütün tərəflər üçün faydalı olan Şimal-Cənub dəmir yolu layihəsini dəstəkləmək əvəzinə Moskvaya hər hansı bir tələb irəli sürmək məntiqsizdir.

Laçın dəhlizinin giriş və çıxışında Bakının nəzarətinin gücləndirilməsi problemi aktualdır, lakin Moskva ilə ictimai demarşlarsız, prinsipial dialoq yolu ilə həll edilməlidir. Bunun üçün Rusiya sülhməramlılarının Xocalı hava limanı da daxil olmaqla, Azərbaycanın hava, dəmir yolu və yol infrastrukturundan istifadə etməsinə icazə kimi kifayət qədər təsir gücümüz var. Rusiyanın Bakının razılığına ehtiyacı olduğu başqa məsələlər də var, lakin bu, ictimaiyyət üçün açıq deyil. Bakının Moskva qarşısında maraqlarını reallaşdıra biləcəyi bir çox imkanımız var. Sadəcə, həddindən artıq səbirsiz olmaq lazım deyil. Bu, əksər hallarda faydalı olmaq əvəzinə, işgüzar müzakirələrə və məsələlərin həllinə mane olur”.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Rus nəşri həmişəki kimi arzuolunanı reallıq kimi qələmə verir. İran liderləri haqqında nə düşünsək də, orada axmaq adamlar yoxdur və heç kim oradakı Rusiya siyasi fitnələrinin alətinə çevrilməyəcək. İştaha bax: iki müstəqil dövlətin ərazisi vasitəsilə Hind okeanına giriş!

Eyni zamanda, Rusiyanın Cənubi Qafqaz bölgəsindəki strateji hədəflərini nəzərə almamaq olmaz. Rusiya rəhbərliyi açıq şəkildə Rusiya İmperiyası və Sovet İttifaqını yenidən qurmaq yolunu tutub və Rusiyanın böyüklüyünü ərazi genişlənməsi ilə əlaqələndirir. Rusiya imperiyasının iştahının birinci sərhədində Azərbaycan dayanır. Rusiya onsuz da bir ayağı ilə Azərbaycandadır və açıq şəkildə digər ayağını hara qoyacağını axtarır.

İndiyə qədər Azərbaycanın müstəqilliyi, digər məsələlərlə yanaşı, Rusiya ərazisindən keçməməklə Orta Asiyadan Qərbə gedən yol kimi roluna əsaslanırdı. Bakı-Supsa neft kəməri ilə Bakı-Ceyhan neft kəməri və Bakıdan Qarsa gedən dəmir yolu xəttinin vacibliyi də buna əsaslanır. Bunun üçün NABUCCO qaz kəməri sistemi üçün də Bakıdan Türkiyənin Ərzrum şəhərinə qədər inşa edilmiş bir layihə yaradıldı.

Bütün bu layihələr Qərblə əlaqələndirilib və birbaşa ABŞ tərəfindən dəstəklənib. Həm Avropa, həm də ABŞ Azərbaycanın müstəqilliyində həyati şəkildə maraqlı idi. Və buna görə də Azərbaycan asanlıqla Rusiya ilə Qərb arasında balans qurmağı bacardı. Bu yaxınlarda Rusiyaya doğru bir meyl oldu və buna əks-balans kimi Türkiyə ilə əməkdaşlıq önə çəkildi. Bu, çox təhlükəli bir yoldur.

Bölgə oyunçuları – Rusiya, Türkiyə və İran ilə tək qaldıqda, Azərbaycan böyük risk altına düşür. Bu dövlətlər onun hesabına və onun arxasında öz aralarında bir razılığa gəlsə, nə edəcəksiniz? Qorxuram ki, Azərbaycan ərazilərinin qaytarılmasından yaranmış anlaşılan eyforiya əvvəllər Azərbaycan rəhbərlərinə xas olan geosiyasi ehtiyatlılığı kölgədə qoysun.

Laçında və ya başqa bir yerdə sərhəd zastavalarının yaradılmasına münasibət bildirmək istəməzdim. Strateji təhlükə ilə müqayisədə bu, taktiki bir məsələdir. Bunu anlamaq üçün kifayət qədər ekspertiniz var. Sadəcə, sizə Azərbaycanın mövqeyinin kənardan, ancaq xeyirxah bir müşahidəçi üçün uzaqdan necə göründüyünü xatırlatmaq istəyirəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu